Dərmanın forması: Dezinfeksiyaedici dənəvari toz, baytarçılıqda nəzarət obyektlərinin dezinfeksiyası və heyvanların infeksial xəstəliklərdən müalicə, profilaktika üçün yararlıdır.
Farmakoterapevtik qrupu: Antimokrob, dezinfeksiyaedici vasitə.
İstehsalçı ölkə: KRKA d.d., Novo mesto, Sloveniya.
Tərkibi: 1 qramdan ibarətdir: Kalium peroksomonosulfat (üçqat duz) 500mq.
İstifadə qaydaları
Profilaktik və məcburi (davam edən və sonlanmış) dezinfeksiya üçün istifadə olunur:
• Heyvandarlığın, donuzçuluğun, ovçuluq, arıçılıq üçün ayrılmış sahənın, o cümlədən inkubatorlarda mövcud texnoloji qurğuların və avadanlıqların təmizlənməsi.
• Texniki qurğuların və avadanlıqların yerləşdirildiyi yemək hazırlanan şöbələr və heyvandarlığın digər yardımçı obyektlərində;
• Ət istehsalı və quşların ət məhsullarının hazırlandığı sənaye müəssisələrin sahələrinin və texnologiyaların qurğuların, ət kombinatlarında sanitar qəssabxanaların və qəssabxana punktlarının bina tikililərin təmizlənməsi, süd blokları heyvan fermaları və komplekslərdə, yumurta saxlanan, həmçinin ət məhsullarının və yeməklərin daşındığı, qorunub saxlandığı konteynerlərin təmizlənməsi;
• Heyvanların, heyvandan alınan məhsulların, xammalın və məhsulların daşınmasında istifadə olunan nəqliyyat, dəmiryolu vaqonları və digər nəqliyyat vasitələri;
• anbarlar, sahələr, tikililər-binalar, heyvanların sıx yerləşdirildiyi yerlərdə qurğular və avadanlıqlar(heyvan bazarlarında, sərgilərdə);
• Baytarçılıqda istifadə olunan müəssisələrdə (müayinə yerləri, klinikalar, laboratoriyalar, vivarium, sığınacaqlar) mövcut qurğular, avadanlıqlar, alətlər və laboratoriya əşyaları;
• Heyvanların qulluğu-saxlanması üçün ayrılmış tövlənin səthinin, qəfəslərin və avadanlıqların təmizlənməsi (itlərin və pişiklərin damı, zoopark və sirkdə);
• Heyvanların suvarılması üçün ayrılmış suyun zərərsizləşdirilməsi və su təchizatı sistemləri;
HACCP sisteminin tətbiq olunduğu yaxud tətbiqinə hazırlaşıldığı müəssisələrdə istifadə olunur.
Qablama forması: Laminat folqaya 50 q qablaşdırılıb, 25 dənə ilə karton qutuya yerləşdirilib. 1 kq və 2,5 kq laminat folqa qabına yerləşdirilib.
İstifadə qaydası
Ekosid C məhlulu ilə dezinfeksiya işlərini sulu qaydada (püskürmə, təmizləmə, məhlula bələmə) yaxud aerozol kimi heyvanların tövlədə olmadığı müddətdə aparırlar.
- Profilaktika və məcburi dezinfeksiya üçün bakteriyal (tuperklyozdan başqa), viruslu və göbələkli etiologiya infeksiyalar zamanı, öncədən təmizlənmiş səth və qurğular dezinfeksiya olur sulu yaxud aerozol qayda ilə həmçinin dezomaniyələrdə və örtükaltılarında ekosid C məhlulunun 1%-ı istifadə olunur. Donuzların afrika vəbası zamanı dezinfeksiyanı 3%-lıq məhlul ilə aparırlar.
- Ekosid C məhlulunun 4%-lığı heyvandarlıqda lazımlı sahələrin, inkubatorların, heyvan yeməklərinin və heyvan məhsullarının təmizlənməsi və saxlanılması üçün xüsusi sahələrdə, ət kəsilən yerlərdə, termal aerozol dezinfeksiya üçün (profilaktik və məcburi) istifadə olunur.
- Ekosid C məhlulunun 0,5%-lığı heyvanların suvarılma sisteminin dezinfeksiyası zamanı istifadə olunur.
Saxlama şərtləri
Qapalı qablamada, quru və günəş şüalarından qorunmuş 00C –dən 300C temperaturda saxlanılır.
Ekosid C-ni uşaqlar üçün əlçatmaz yerdə saxlamalısınız.
Yararlılıq müddəti: 3 il.
Onu açandan 28 gün ərzində istifadə etməlisiz. İş məhlulu öz aktivliyini 4-7 gün ərzində qoruyub saxlayır.